AZ

EIA maye karbohidrogentlərin hasilatı ilə bağlı proqnozlarını yeniləyib

Bakı. Trend:

2026-cı ildə dünyada neft və digər maye karbohidrogenlərinhasilatı gündəlik 1,3 milyon barel azalaraq 106,30 milyon bareldən104,27 milyon barelə enəcək.

Trend-inməlumatına görə, bu barədə ABŞ Enerji İnformasiyaAdministrasiyasının (EIA) “Qısamüddətli enerji proqnozu” adlı aprelhesabatında bildirilir.

EIA-nın rüblər üzrə proqnozuna əsasən, 2026-cı ilin birincirübündə dünya üzrə neft və digər maye karbohidrogenlərin hasilatıgündəlik 103,91 milyon barel, ikinci rübdə 99,18 milyon barel,üçüncü rübdə 105,70 milyon barel, dördüncü rübdə isə 108,23 milyonbarel təşkil edib.

EIA-nın hesabatına görə, 2027-ci ildə dünyada mayekarbohidrogenlərin hasilatı gündəlik 109,47 milyon barelsəviyyəsində olacaq.

EIA-nın proqnozlarına əsasən, 2027-ci ilin birinci rübündə dünyaüzrə neft və digər maye karbohidrogenlərin hasilatı gündəlik 108,34milyon barel, ikinci rübdə 109,12 milyon barel, üçüncü rübdə 109,88milyon barel, dördüncü rübdə isə 110,50 milyon barel təşkiledəcək.

Məqalədə:
Seçilən
19
az.trend.az

1Mənbələr