AZ

İtaliya XİN İsrail səfirini çağırdı

BAKI, 8 aprel. TELEQRAF

Livanın cənubunda yerləşən BMT-nin Müvəqqəti Qüvvələrinin (UNIFIL) tərkibindəki İtaliya kontingenti ilə bağlı baş verən növbəti insidentdən sonra İsrailin bu ölkədəki səfiri İtaliya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Teleqraf xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri və Baş nazirin müavini Antonio Tayani "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

"Mən Livanda baş verən hadisələrə aydınlıq gətirilməsi üçün İsrailin İtaliyadakı səfirinin çağırılması barədə göstəriş vermişəm. İtaliya hərbçilərinə toxunmaq olmaz", - deyə nazir qeyd edib.

İtaliya Müdafiə Nazirliyindən verilən məlumata görə, İtaliya hərbi karvanı İsrail ordusu tərəfindən atəşə tutulub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

İtaliya rəhbərliyi Livanda sülhün qorunması və de-eskalasiya istiqamətində səylərin davam etdiriləcəyini, lakin Romanın sülhməramlıların roluna hörmət edilməsini və onların təhlükəsizliyinin təmin olunmasını tələb etdiyini vurğulayıb.

Seçilən
18
1
teleqraf.com

2Mənbələr