AZ

Yaxın Şərqdə vəziyyət yenidən gərginləşdi - İsrail Livanı bombaladı, İran Hörmüzü yenidən bağladı...



İsrail atəşkəsi ilk günündə pozaraq son dövrlərdə Livana qarşı ən genişmiqyaslı hava əməliyyatına başlayıb. Hücumlar ölkədə genişmiqyaslı dağıntılara səbəb olub və diplomatik həll ümidləri yenidən şiddətli toqquşmalarla əvəz olunub.

İsrailin Livana hücumları çoxsaylı yerləri hədəf alaraq ölkədə ciddi ziyana səbəb olub. Atəşkəsin qıza bir zamanda pozulması bölgədə gərginliyi yenidən alovlandırıb.

İsrail hücumlarından sonra İran tərəfindən diqqət çəkən açıqlamalar verilib. Fars News-un məlumatına görə, Tehran administrasiyası İsrailə qarşı hərbi cavab hazırlıqlarına başlayıb və ordu bölmələrini ən yüksək hazırlıq səviyyəsinə gətirib. Tehran xəbərdarlıq edib ki, əgər Təl-Əviv Livan və İrana hücumlarını davam etdirərsə, bölgə ölkələri və İsrailə hücumlarını davam etdirəcək.

Bundan başqa, İran müharibənin başlanğıcından bəri ən güclü “kozır”larından biri hesab edilən Hörmüz boğazı kartını yenidən işə salıb. Tehran hökuməti İsrailin atəşkəsi pozmasını əsas gətirərək neft tankerlərinin boğazdan keçidini dayandırıb.

Bütün diqqətlər bölgədəki yenidən başlayan münaqişəyə yönəldiyi bir vaxtda, ABŞ prezidenti Trampdan vəziyyəti daha da gərginləşdirən açıqlama gəlib. Tramp bildirib ki, Livan atəşkəs razılaşmasına daxil deyil: “Hizbullaha görə. Hizbullahla mübarizə aparılacaq".

Bu arada, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail təyyarələri Livanın şərqindəki Şəmstar şəhərində dəfn mərasimində iştirak etmək üçün qəbiristanlığın yaxınlığında gözləyən mülki şəxsləri hədəfə alıb. Livan Səhiyyə Nazirliyi, İsrailin ölkə daxilində eyni vaxtda həyata keçirdiyi hücumlarda onlarla insanın öldüyünü və yüzlərlə insanın yaralandığını bildirib.

Müvəqqəti atəşkəs elan edildikdən sonra bu səhər iki neft tankeri İranın icazəsi ilə Hörmüz boğazından təhlükəsiz şəkildə keçib.

Tahir TAĞIYEV

Seçilən
13
baki-xeber.com

1Mənbələr