AZ

Moskva Bakıya Qarabağla bağlı cavabı diplomatik kanallarla göndərəcək

Moskva Bakıya Qarabağ mövzusunun Vladimir Putinlə Nikol Paşinyanın Moskva görüşündə gündəmə gətirilməsi ilə bağlı etiraza cavabını diplomatik kanallarla təqdim edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Zaxarova Azərbaycan Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı bəyanatına münasibət bildirərkən qeyd edib ki, Moskva cavabı rəsmi qaydada, diplomatik kanallar vasitəsilə Bakıya çatdıracaq.

Rusiya XİN rəsmisi əlavə edib ki, Rusiya və onun lideri Vladimir Putin Qarabağ münaqişəsinin nizamlanmasında “açar rol” oynayıb. O bildirib ki, Moskva hələ 1990-cı illərdən bu həssas məsələnin həlli üçün şərait yaratmağa çalışıb.

Zaxarovanın sözlərinə görə, son illərdə Bakı və İrəvanın vasitəçilərsiz birbaşa dialoq aparmaq qərarına da Rusiya anlayışla yanaşıb.

Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr