AZ

İngiltərə nəhəngləri Maqnes Akliuş üçün hərəkətə keçdi

Fransanın "Monako" klubunda nümayiş etdirdiyi oyunla diqqətləri üzərinə çəkən Maqnes Akliuş üçün Premyer Liqa nəhəngləri yarışa qoşulub.

Fanat.Az xəbər verir ki, həm "Liverpul", həm də "Mançester Yunayted" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq üçün ciddi cəhdlər edir.

"TEAMtalk"un məlumatına görə, hər iki klub artıq skautlarını Fransaya göndərərək futbolçunun "Marsel"ə qarşı oyununu yaxından izlətdiriblər.

Bu mövsüm çıxdığı 37 matçda 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalan Akliuş, hücum potensialı ilə skautları heyran qoymağı bacarıb. Hər iki klub yay transfer pəncərəsi açılan kimi rəsmi təkliflə çıxış etməyə hazırlaşır.

Gənc ulduzun karyerasını İngiltərədə davam etdirməyə isti yanaşdığı qeyd olunur.

Seçilən
13
1
fanat.az

2Mənbələr