Bu, təbii bir təbliğat üsuludur. Hər iki tərəfin özünü qalib kimi təqdim etməsi daha çox informasiya müharibəsinin tərkib hissəsidir. Əslində isə de-fakto ultimatum nəticəsində İran tərəfi danışıqlara razılıq verib.
Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov ABŞ və İran arasındakı iki həftəlik atəşkəs haqda danışarkən deyib.
“Hazırda əsas məsələ ondan ibarətdir ki, İranda kimin qərar verdiyi bəlli deyil. Köhnə elitanın böyük hissəsinin sıradan çıxması bu problemi daha da dərinləşdirib. İndi isə ən azı danışıqlarda iştirak edəcək və qərar qəbul edə biləcək qrup müəyyənləşib”, - o bildirib.
Ekspertin sözlərinə görə, danışıqların əsas mahiyyəti İranın ABŞ-ın siyasi iradəsini qəbul etməsi ilə bağlıdır: