AZ

Avtobus sürücüsünü yumruqla vuran şəxs saxlanıldı - VİDEO

Ötən gün paytaxtım Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində taksi sürücüsü ilə avtobus sürücüsü arasında insident yaşanıb.

Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisəyə "Bakubus" MMC-nin sürücüsünün minib-düşmə yerində dayanan taksiyə siqnal verməsi səbəb olub.

Buna əsəbiləşən BYD markalı taksinin sürücüsü maşından düşərək aqressiv davranış nümayiş etdirib. O, avtobus sürücüsünü yumruqla vurub.

Nəticədə, 77-EP-331 dövlət qeydiyyat nişanlı BYD markalı avtomobilin sürücüsü, 1985-ci il təvəllüdlü Zabit Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülür.

 

Seçilən
13
moderator.az

1Mənbələr