AZ

Bakıda salınacaq mikromobillik zolaqları ilə bağlı YENİ XƏBƏR

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakıda nəqliyyat sıxlığının artması və ekoloji problemlərin dərinləşməsi alternativ hərəkət vasitələrinə marağı daha da artırır.

BAKU.WS-in məlumatına görə, son illər xüsusilə velosiped və elektrik mühərrikli kiçik nəqliyyat vasitələrinin istifadəsi geniş yayılmağa başlayıb.

Bu tendensiya fonunda mikromobillik infrastrukturu şəhər planlaşdırılmasının əsas istiqamətlərindən birinə çevrilib.

Şəhər sakinlərinin gündəlik hərəkət vərdişlərini dəyişmək üçün mikromobillik zolaqlarının şəbəkəsini genişləndirmək planda varmı?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, mikromobillik infrastrukturunun inkişafı istiqamətində görülən işlər, şəhər konsepsiyası üzrə mikromobillik zolaqları şəbəkəsinin genişləndirilməsi, velosiped və elektrik mühərrikli kiçik nəqliyyat vasitələrindən istifadənin təşviqi bu nəqliyyat növlərinə marağı xeyli artırıb:

"Mikromobillik zolaqlarının salınması konseptual plana əsasən həyata keçirilir. Aktiv mobillik tədbirlərinin həyata keçirilməsi üçün mikromobillik infrastrukturu genişləndirilir. Hazırda mikromobillik zolağının ümumi uzunluğu 60,5 kilometr təşkil edir. Şəbəkənin uzunluğunun 100 kilometrə çatdırılması planlaşdırılır.

Əsas məqsəd mikromobillik zolaqlarının cəlbetmə məntəqələri, yəni insanların gündəlik olaraq daha çox səfər etdiyi əraziləri (metro stansiyaları, avtobus dayanacaq məntəqələri, təhsil müəssisələri, ictimai iaşə obyektləri, iri ticarət mərkəzləri, iş yerləri, ofislər və s.) əlaqələndirməsi və davamlı olmasıdır.

Əhali arasında mikromobillik vasitələrinə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin mikromobillik, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, mikromobillik zolaqları şəbəkəsinin genişləndirilməsi davam etdiriləcək".

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev isə hesab edir ki, mikromobillik Bakı üçün yenilikdir və bu, həm infrastrukturla bağlı, həm də ciddi təbliğat tələb edən bir məsələdir:

"Biz bu gün dünyanın ən nümunəvi şəhərlərindən biri olan Amsterdam ilə birbaşa müqayisə apara bilmərik, çünki orada illərlə davam edən ənənə var. Bizdə isə mikromobillik sistemi yenicə qurulur və digər analoji şəhərlərə nisbətən sayı kifayət qədər az deyil.

Buna baxmayaraq, daha ciddi və davamlı alternativin formalaşması üçün mikromobillik əsasən sonuncu mil məsafəsini qət etmək üçün nəzərdə tutulur. Burada şəraitdən asılı olan bir sıra məsələlər mövcuddur. Hazırda şəbəkə var və 60 km-lik uzunluq 100 km-ə çatdırılması nəzərdə tutulur. Şəbəkənin kəsintisiz olması, rahat keçidlərin təmin edilməsi və infrastrukturun tam təşkil olunması vacibdir. Bu tələblər təmin olunduqca mikromobillik istifadəsi daha da genişlənəcək. Say onsuz da artmaqdadır və yaxın gələcəkdə daha da artacaq".

Orxan Hüseyn

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
baku.ws

2Mənbələr