İran və ABŞ arasında iki həftəlik atəşkəs anlaşmasının ilk günü başa çatmamış yenidən qarşılıqlı şəkildə təhdidlər səslənir.
Musavat.com Tehranın atəşkəs anlaşmasından çıxa biləcəyi barədə xəbərdarlığı barədə məlumat yayıb. Bu dəfə isə Pentaqondan sərt təhdid gəlib.
“İran zənginləşdirilmiş uranı təhvil verməsə, ABŞ yenidən zərbə endirə bilər”, - Pentaqon rəhbəri Pit Heqset xəbərdarlıq edib.
Nazir İranın Trampın ABŞ-nin basdırılmış materialı "qazıb çıxarmaq" üçün onlarla əməkdaşlıq edəcəyi barədə bəyanatına razı olub-olmadığı barədə heç bir məlumat verməyib.
Lakin Heqset bildirib ki, İran “bunu bizə könüllü olaraq verəcək”, əks halda ABŞ ötən yay İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsinə “bənzər bir şey” edə bilər. “Biz bu ehtimalı saxlayırıq”, - Heqset əlavə edib. O bildirib ki, İran heç vaxt nüvə silahına malik olmayacaq.
Musavat.com