ain.az, GlobalInfo saytına istinadən bildirir.
İsrail bu gecədən etibarən Ben Qurion Hava Limanında uçuşların tam bərpa olunacağını açıqlamağı planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə Aviasiya sənayesi nümayəndəsi “The Times of Israel” qəzetinə deyib.
O bildirib ki, Nəqliyyat Nazirliyinin bu axşam Ben Qurion Hava Limanında uçuşların tam bərpa olunduğunu elan etməsi gözlənilir.
Xatırladaq ki, 28 fevral tarixində İranla müharibə başlayandan bəri İsrailin hava məkanı əksər kommersiya nəqliyyatı üçün bağlanıb. Son bir ay ərzində məhdud təcili uçuşlara yalnız İsrail aviaşirkətləri olan “El Al”, “Arkia” və “Israir” icazə verib.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.