AZ

İran mediası: Livana hücumlara görə Hörmüzdə gəmiçilik dayandırıldı

İran mediası İsrailin Livana hücumundan sonra neft tankerlərinin Hörmüz boğazından keçidini dayandırdığını bildirib.

Turkustan.az xəbər verir ki, İnqilab Keşikçiləri Korpusu ilə yaxın əlaqələri ilə tanınan yarı-rəsmi Fars Xəbər Agentliyi, ABŞ və İran arasında müvəqqəti atəşkəsdən sonra gəmiçilik üçün açıldığı elan edilən Hörmüz boğazının bağlandığını bildirdi.

Hesabatda bildirilirdi ki, İsrailin Livana hücumu səbəbindən neft tankerlərinin Hörmüz boğazından keçidi dayandırılıb.

Həmçinin bildirilib ki, müvəqqəti atəşkəs elan edildikdən sonra bu səhər iki neft tankeri "İranın icazəsi ilə" Hörmüz boğazından təhlükəsiz şəkildə keçib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
20
1
turkustan.az

2Mənbələr