AZ

ABŞ-nin başı İrana qarışıb, Rusiya Madaqaskara girir

Madaqaskarın yeni hakimiyyəti Moskvadan aldığı avadanlıq və humanitar yardıma görə minnətdarlıq bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, 2025-ci ilin payızında hakimiyyət dəyişikliyindən sonra Rusiya ada dövləti ilə hərbi və siyasi əməkdaşlığı genişləndirib və iqtisadi əlaqələri gücləndirib. Moskva yeni rejimin təhlükəsizliyini gücləndirmək üçün Madaqaskara mütəxəssislər və silahlar göndərib.
Fevral ayında ilk xarici səfərini Moskvaya edən və Vladimir Putinlə görüşən polkovnik Maykl Randrianirinin bu addımı Madaqaskar liderlərinin xarici siyasət səfərlərinə Parisdən başlamaları ənənəsini pozub.

Xarici analitiklər hesab edirlər ki, Moskva ABŞ-nin İranla müharibəyə diqqət yetirməsindən istifadə edərək Afrikadakı təsirini gücləndirməyə çalışır. Agentliyin məlumatına görə, Madaqaskar Hind okeanının əsas neft tədarük marşrutunun yaxınlığında yerləşdiyi üçün vacib ölkədir. Bundan başqa bu ölkədə mineral ehtiyatlar - kobalt, qrafit və nadir torpaq metalları (dünyada 8-ci yerdədir) var.

Bloomberg xəbər verir ki, Rusiya artıq Madaqaskara yeni silah partiyası ötürüb və yerli qoşunlara təlim keçməyi planlaşdırır. Antananarivu üçün Rusiya ilə əməkdaşlıq, mövcud hakimiyyətin mövqeyini gücləndirməklə yanaşı, Aİ və Fransadan asılılığı azaltmaq üçün bir fürsət kimi qəbul edilir.
Artıq Madaqaskarda Rusiyapərəst “Afrika təşəbbüsü” partiyası yaranıb.

Bildirilir ki, Moskva əvvəllər də adadakı mövqeyini gücləndirməyə çalışıb. Məsələn, 2018-ci ildə keçirilən seçkilər zamanı Rusiya agentləri bu ölkədə qəzet nəşr etdiriblər, gənclərə mitinqlərdə iştirak etmək üçün pul ödəyiblər.

Musavat.com

Seçilən
28
musavat.com

1Mənbələr