AZ

Çökən yol təmir olunurVİDEO

Bakıda iki gündür ki, çökən yolda təmir işlərinə başlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, söhbət aprelin 6-sında çökən Nizami rayonu, Bəkir Çobanzadə küçəsinin bir hissəsindın gedir.

Yolun çökməsi səbəbindən Babək prospekti istiqamətinə gedən nəqliyyat vasitələrinin hərəkətində fasilələr yaranır.

Məsələ ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, Çobanzadə küçəsindən keçən yağış kollektorunun istismar müddəti bitmiş hissəsinin həlqələrində yaranan aşınma nəticəsində xətdə baş verən qəza aradan qaldırılır.

Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, son günlər müşahidə olunan intensiv yağıntılar nəticəsində yaranmış sel suları avtomobil yollarına, yol infrastrukturu elementlərinə və mühəndis qurğularına ciddi ziyan vurub. Hazırda Agentlik tərəfindən zərərin aradan qaldırılması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilir.

O da bildirildi ki, təkcə bu ilin mart ayı ərzində rekord göstərici əldə olunub və təxminən 90 min kvadrat metr sahədə asfalt örtüyünün təmiri həyata keçirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
29
xezerxeber.az

1Mənbələr