AZ

XİN: Estoniya Ermənistan və Azərbaycan arasındakı sülh səylərini dəstəkləyir

BAKI, 8 aprel. TELEQRAF

Estoniyanın xarici işlər naziri Marqus Tsaxna aprelin 9-10-da Ermənistana rəsmi səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində İrəvanda Estoniyanın səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək.

M.Tsahknanın Ermənistan prezidenti Vahaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan, parlament sədri Alen Simonyan və həmkarı Ararat Mirzoyanla görüşləri nəzərdə tutulub. Görüşlərin yekunu olaraq tərəflər arasında əməkdaşlıq memorandumu imzalanacaq.

Qeyd edilib ki, Estoniya Ermənistan və Azərbaycan arasındakı sülh səylərini, habelə İrəvanın Avropa İttifaqı ilə daha sıx əlaqələr qurmasını dəstəkləyir, eyni zamanda rəqəmsal, kiber və iqtisadi sahələrdə tərəfdaşlığı genişləndirir.

Danışıqlarda regional təhlükəsizlik, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki vəziyyət əsas müzakirə mövzuları olacaq. Həmçinin viza liberallaşdırılması üzrə dialoq, eləcə də ticarət dövriyyəsinin artırılması məsələləri nəzərdən keçiriləcək.

Seçilən
31
1
teleqraf.com

2Mənbələr