AZ

İki nəfər dəm qazından boğulubVİDEO

Bakının Sabunçu rayonun sakini dəm qazından boğulub.

Xezerxeber.az xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

Maştağa qəsəbə sakini 1994-cü il təvəllüdlü Qəhrəman Əliyev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Ərazidə yaşayanaların sözlərinə görə, Qəhrəman Əliyev Cəlilabad rayonunun Maşlıq kənd sakinidir. 3 uşaq atası olan mərhum paytaxtda tikintidə çalışırmış. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Mərhum Maşlıq kəndində dəfn olunub.

Suraxanı rayonu Yeni Günəşli qəsəbə sakini 1958-ci il təvəllüdlü Nazim Tahirov da yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Qonşuların sözlərinə görə, hadisə ötən gün axşam saatlarında baş verib. Uzun müddət hamam otağında qalan mərhumun meydini ailə üzvləri tərəfindən aşkarlanıb.

Hər iki fakt üzrə araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
18
xezerxeber.az

1Mənbələr