ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 8 aprel, AZƏRTAC
Bu gün Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp NATO-nun Baş katibi Mark Rutte ilə Ağ Evdə görüşür. Bu görüş ABŞ-nin İranla müharibə səbəbindən hərbi alyansın üzv dövlətləri ilə münasibətlərinin kəskinləşməsi fonunda keçirilir.
AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti ölkəsinin NATO-dan çıxa biləcəyini söyləyib. “Reuters” agentliyinin məlumatına görə, o, son həftələrdə Vaşinqtonun Avropadakı müttəfiqlərini İranda aparılan hərbi kampaniyaya kifayət qədər dəstək vermədiklərinə görə qınayıb. “Bu, Trans-Atlantik alyans üçün təhlükəli məqamdır”, – deyə NATO-nun keçmiş mətbuat katibi, hazırda Birləşmiş Xidmətlər üzrə Kral İnstitutunun əməkdaşı olan Oana Lunqesku bildirib.
Görüşdə Mark Ruttenin hərbi əməliyyatların bütün dünya üzrə enerji daşıyıcılarının qiymətlərinin kəskin artmasına səbəb olmasından sonra normal dəniz ticarətinin bərpasına ümumi marağı ifadə edəcəyi ehtimal olunur. Həmçinin onun Avropa ölkələrinin müdafiə xərclərini artırmaq üçün atdıqları addımları vurğulayaraq ABŞ liderini alyansı açıq şəkildə tənqid etməkdən çəkindirməyə çalışacağı gözlənilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.