TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamira Ədilova vəzifəsindən ayrılıb, bu barədə o özü məlumat verib.
Ədilova 2022-ci il fevralın 14-dən bu vəzifədə çalışırdı.
O, 2008-2019-cu illərdə indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində redaktor və ictimaiyyətlə əlaqələr üzrə menecer işləyib. 2019-2021-ci illərdə isə SOCAR-ın Bakı Ali Neft Məktəbində İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsini tutub.