AZ

Qırmızıdan keçən Gelandewagen Toyota a ilə toqquşdu: Ölən var ANBAAN VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qayda pozan sürücü ağır yol qəzası törədib. Avtosfer.az xəbər verir ki, Rusiyanın Xabarovsk şəhərində baş verən hadisə kameraya düşüb.

Belə ki, "Mercedes-Benz G-Class" və "Toyota" markalı avtomobillər toqquşub. Zərbənin təsirindən idarə etmədən çıxan "Gelandewagen" aşaraq bir neçə dəfə yuvarlanıb.

Dövlət Avtomobil Müfəttişliyinin verdiyi məlumata görə, qəzaya səbəb "Gelandewagen" sürücüsünün yolayrıcını işıqforun qırmızı işığında keçməyə cəhd etməsi olub. Təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü toqquşma anında avtomobildən küçəyə düşüb. Aldığı ağır xəsarətlər nəticəsində o, hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
avtosfer.az

1Mənbələr