Sumqayıtda 6 uşağı dəm qazından zəhərlənən Kamil Cəbrayılovun digər övladlarından birini "pay" kimi başqa bir şəxsə verməsi ilə bağlı sosial şəbəkələrdə və bəzi platformalarda yayılan məlumatların həqiqətə uyğun olmadığı məlum olub.
Musavat.com-un əldə etdiyi məlumata görə, sosial şəbəkələrdə Kamil Cəbrayılovun övladlarından birini "pay verməsi" ilə bağlı yayılan məlumatlar polis tərəfindən araşdırılıb.
Nəticədə həmin iddiaların həqiqətə uyğun olmadığı müəyyən edilib. Polis aidiyyəti dövlət qurumları ilə birgə Kamil Cəbrayılovla profilaktik söhbətlər aparıb və sosial şəbəkə seqmentində bu məzmunda həqiqətə uyğun olmayan fikirlərin səsləndirilməsinin səbəb olacağı nəticələr ona izah edilib.
Xatırladaq ki, aprelin 1-də Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, aprelin 3-də onlardan biri, yaş yarımlıq körpə ölüb. Ailənin 9 uşağı olduğu bildirilir.
Kamil Cəbrayılov APA TV-yə müsahibəsində bir övladını pay verdiyini deyib.
Qeyd edək ki, o, yaş yarımlıq övladının dəfni zamanı canlı yayım açmasına görə də sərt tənqid olunmuşdu.
Şahanə Rəhimli
Musavat.com