ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının 1/4 final mərhələsinin “Atletiko Madrid”lə ilk oyunu barədə danışıb.
İdman.Biz bildirir ki, matç bu gün saat 23.00-da başlayacaq.
“Atletiko” çətin rəqibdir. Onların əla mentaliteti, yüksək intensivliyi və fantastik oyunçuları var, ona görə də onlara qarşı matçlar həmişə çətin olur. Hər iki matç çox emosional olacaq və yaxşı nəticə əldə etməyə çalışacağıq. Bizim öz stilimiz var və biz buna sadiq qalmalıyıq. Biz təzyiq göstərməli və yer tapmalıyıq. Əsas məsələ ilk dəqiqələrdən konsentrasiyanı qorumaqdır.
11 gündə “Atletiko” ilə üç oyun? Bu matç Çempionlar Liqası olduğu üçün fərqlənir və hamımız ən yaxşı şəkildə çıxış etmək istəyirik. Üslubumuza sadiq qalmaq və hər kəsin müdafiədə iştirak etməsi vacibdir - mövqelərimizi yaxşı saxlamalı və quruluşumuzu qorumalıyıq. Məncə, azarkeşlərimiz və oyunçularımız arasında fantastik bir əlaqə var. Onların dəstəyinə ehtiyacımız olacaq”, - Flik UEFA-nın rəsmi saytında bildirib.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.