AZ

PSJ-nin iki futbolçusu "Liverpul"a qarşı oynamayacaq

PSJ UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Liverpul"u qəbul edəcək.

Sportal.az xəbər verir ki, Paris təmsilçisi matçı iki itki ilə çıxacaq.

Yarımmüdafiəçi Fabian Ruislə vinger Bredli Barkola komandaya kömək edə bilməyəcək. Hər iki futbolçu zədəlidir. Onların adı görüşün iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, PSJ - "Liverpul" qarşılaşması bu gecə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasındakı cavab oyunu isə ayın 14-də İngiltərədə baş tutacaq.

saytlarin hazirlanmasi

Seçilən
17
1
sportal.az

2Mənbələr