AZ

Çempionlar Liqası: Fabian Ruis və Barkola PSJ-nin heyətinə daxil edilməyib

Fransanın PSJ klubu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda İngiltərənin "Liverpul" komandasına qarşı keçirəcəyi matç üçün iştirak ərizəsini açıqlayıb.

"Report" xəbər verir ki, Paris təmsilçisinin heyətində ispaniyalı yarımmüdafiəçi Fabian Ruis və fransalı hücumçu Bredli Barkola yer almayıb.

Hər iki futbolçu zədə səbəbindən qarşılaşmanı buraxacaq. 2025/2026 mövsümündə Ruis 24 oyunda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Barkola isə 38 matçda 12 dəfə fərqlənib, 6 məhsuldar ötürmə edib.

Qeyd edək ki, sözügedən matç bu axşam Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Seçilən
15
far.az

1Mənbələr