AZ

“Netflix Playground” təqdim edilib

“Netflix” uşaqlar üçün nəzərdə tutulmuş yeni interaktiv oyun tətbiqini nümayiş etdirib. “Netflix Playground” 8 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmuş xüsusi oyun tətbiqidir.

Son dövrlərdə uşaq məzmunu istehsalçıları arasında oyun və interaktiv tətbiqlərə yönəlmə trendə çevrilib. Netflix artıq əsas platformasında böyüklər üçün oyunlar təqdim etsə də, “Netflix Playground” şirkətin uşaqlar üçün ayrıca oyun ekosistemi qurmaq istiqamətində yeni addımı kimi qiymətləndirilir.

İstifadəçilər tətbiqi yükləyib “Netflix” hesablarına daxil olduqdan sonra internet bağlantısı olmadan belə oyunlardan tamamilə ödənişsiz istifadə edə bilirlər. “Netflix Playground” platformasında “Peppa Pig”, “Sesame Street”, “StoryBots” və “Dr. Seuss” kitabları əsasında hazırlanmış müxtəlif öyrədici və əyləncəli oyunlar yer alır. Tətbiq hazırda ABŞ-də iOS və Android cihazları üçün istifadəyə açıqdır və aprelin 28-dən etibarən qlobal istifadəyə veriləcək.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
25
azerbaijan-news.az

1Mənbələr