AZ

® EMTA və “Azərbaycan Sənaye Bankı” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə “Azərbaycan Sənaye Bankı” ASC arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni EMTA-nın İdarə Heyətinin sədr müavini Rövşən İsmayılov və “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin üzvü, Satış və Marketinq üzrə Baş inzibatçı Anar Məmmədov imzalayıblar.

Rövşən İsmayılov fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə banklarla imzalanan əməkdaşlıq müqavilələrinin əhəmiyyətini diqqətə çatdırıb. O, fondun vəsaiti hesabına banklar vasitəsilə güzəştli kreditlərin verilməsi nəticəsində həyata keçiriləcək layihələrin vacibliyindən danışıb.

Anar Məmmədov enerji effektivliyi ilə bağlı layihələrə fondun vəsaiti hesabına güzəştli kreditlərin ayrılması ilə bankların bu istiqamətdə layihələrin reallaşdırılmasında yeni imkanlar əldə etdiyini bildirib. O, imzalanan müqavilə çərçivəsində qarşılıqlı əməkdaşlığın səmərəli olacağına inamını ifadə edib.

Qeyd edək ki, Enerji effektivliyi fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) həyata keçirir. EMTA Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
6
azertag.az

9Mənbələr