AZ

"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"

style='margin-bottom:10px;'>

“Napoli”nin prezidenti Aurelio De Laurentis Antonio Kontenin İtaliya millisini çalışdırmaq ehtimalına münasibət bildirib.

QOL.az xəbər verir ki, “CalcioNapoli24”ə danışan klub rəhbərinin sözlərinə görə, Konte yığmanı çalışdırmaq istəsə, onun qərarına hörmətlə yanaşacaq:

"Konte milli komandanı çalışdırmaq istəsə, bu qərarını dəstəkləyərdim".

Bununla yanaşı, prezident mütəxəssisin bu təklifi qəbul edəcəyinə şübhə etdiyini də qeyd edib. Onun sözlərinə görə, hazırda federasiyada qeyri-müəyyənlik hökm sürür və bu vəziyyət Kontenin qərarına təsir edə bilər.

Xatırladaq ki, komandanın DÇ-yə vəsiqə qazana bilməməsindən sonra Cennaro Qattuzo vəzifəsindən ayrılıb. Həmçinin İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina da son uğursuzluqdan sonra istefa verib.

Seçilən
23
1
teleqraf.com

2Mənbələr