AZ

Azərbaycanla Qazaxıstan arasında hərbi əməkdaşlıq müzakirə edilib

Bakı. Trend:

Azərbaycan və Qazaxıstan müdafiə nazirlikləri arasındaimzalanmış ikitərəfli əməkdaşlıq planına əsasən, bu ölkəninnümayəndə heyəti Azərbaycana səfər edib.

Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Müdafiə Nazirliyində keçirilən görüşdə müdafiənazirinin müavini – Baş direktor Aqil Qurbanov qazaxıstanlı həmkarıDarxan Axmediyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti iləətraflı fikir mübadiləsi aparıb.

Görüşdə Azərbaycanla Qazaxıstan arasında hərbi, hərbi-texniki vəhərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişafperspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərmüzakirə edilib.

Sonra nümayəndə heyəti Müdafiə Nazirliyinin Əməliyyat Başİdarəsini, Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsini,həmçinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsini ziyarət edərəkburada yaradılmış şərait və xidməti fəaliyyətlərləmaraqlanıblar.

Qazaxıstanlı qonaqlar Milli Müdafiə Universitetinin tabeliyindəfəaliyyət göstərən C.Naxçıvanski adına Hərbi Liseydə, eləcə dəŞəxsi Heyət Baş İdarəsində olaraq "Şəxsi Heyət Elektron MəlumatSistemi" ilə tanış olublar.

Səfər çərçivəsində nümayəndə heyətinə Müdafiə NazirliyininKibertəhlükəsizlik Mərkəzi və N hərbi hissəsində AzərbaycanOrdusunun arsenalında olan müasir silah sistemləri və informasiyatexnologiyalarının vasitələrinin kibertəhlükəsizliyinin təminolunması istiqamətində yerinə yetirilən fəaliyyətlər, müasir rabitətexnologiyalarının tətbiqi və kibertəhdidlərə qarşı süni intellektəsaslı kibermüdafiə vasitələri haqqında məlumat verilməsi nəzərdətutulub.
Nazirliyin müvafiq qurumları ilə tanışlıq zamanı nümayəndə heyətiüçün bölmələrin strukturu və fəaliyyət istiqamətləri barədəbrifinqlər təqdim olunub, qonaqların sualları cavablandırılıb.

Qeyd edək ki, Qazaxıstan Müdafiə Nazirliyinin nümayəndəheyətinin səfərinin əsas məqsədi ordu quruculuğu sahəsindəqarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

Seçilən
40
22
az.trend.az

10Mənbələr