Mətbəxlərin kəskin və iştahaaçan ədviyyatı olan zəncəfil, əksəriyyətimiz üçün yeməklərə ləzzət qatan sadəcə bir detaldır. Lakin zəncəfilin faydaları haqqında eşidənlər hər gün bir dilim yeyirlər.
Medicina.az xəbər verir ki, mütəxəssislərin fikrincə, zəncəfil tərkibindəki gingerol sayəsində bədənə güclü təsir göstərir.
Antioksidan və iltihab əleyhinə xüsusiyyətləri ilə seçilən zəncəfil, hüceyrələri sərbəst radikalların zərərindən qoruyur və eyni zamanda iltihabı azaltmağa kömək edir.

Həzm sisteminə müsbət təsirləri ilə xüsusilə diqqətəlayiqdir.
Ekspertlər bildirirlər ki, hər gün müntəzəm olaraq 1-2 dilim təzə zəncəfil yemək ürək sağlamlığından qan şəkərinə qədər bədəni bir çox sahədə dəstəkləyə bilər.
Dietoloq Sintiya Sass bildirib ki, zəncəfil təkcə həzm sisteminə kömək etmir, həm də qan şəkərinin balanslaşdırılmasına və xroniki iltihabın azaldılmasına kömək edər.

Zəncəfilin ən diqqətəlayiq faydalarından biri ürəkbulanmanı aradan qaldırmaq qabiliyyətidir.
Zəncəfil həmçinin ürək sağlamlığı üçün vacib hesab olunur, xolesterol səviyyəsini aşağı salmağa və damar funksiyasını yaxşılaşdırmağa kömək edir.
Aygün
Medicina.az