
Yeni Dehli, ABŞ-ın Rusiya əleyhinə sanksiyaların dayandırılması qərarını uzadıb-uzatmayacağından asılı olmayaraq, Rusiya neftini almağa davam edəcək.
AFN.az xəbər verir ki, bu barədə TASS Hindistan hökumətindəki mənbəyə istinadən xəbər yayıb. Qeyd edək ki, aprelin 11-də Rusiya neftinin Amerika sanksiyalarından istisna edilməsi ilə bağlı tətbiq olunmuş 30 günlük müddət başa çatır.
"Birləşmiş Ştatlar öz təşəbbüsü ilə Rusiya neftinə qarşı sanksiyaların müvəqqəti ləğvi barədə qərar qəbul edib. Onlar nə istəyirlərsə, edə bilərlər. Onlar bu dövrü bizim deyil, öz maraqları naminə tətbiq ediblər. Bu, ABŞ hökumətinin işidir", — deyə mənbə bildirib.
Mənbə həmçinin vurğulayıb ki, Hindistanın mövqeyi dəyişməz qalır: "Hər bir halda, biz Rusiyadan neft almağa davam edirik. Hətta sanksiyalar qüvvədə olanda və bu sanksiyaların dayandırılması dövrü olmayanda belə, biz onu alırdıq".