AZ

Araq yoxsa viski- Hansı xərçəng yaradır?



Çox insan düşünür ki, bəzi içkilər “təmizdir”, bəziləri isə daha zərərlidir. Kimisi deyir araq təhlükəlidir, kimisi isə viskini günahlandırır. Amma tibbi həqiqət tam fərqlidir.

Ən şok fakt budur::problem içkinin növündə deyil — içindəki alkoholdadır


Medicina.az xəbər verir ki, alkoqol orqanizmə daxil olduqda asetaldehid adlı zəhərli maddəyə çevrilir. Bu maddə hüceyrələrə zərər verir, DNT-ni zədələyir və uzun müddət təsir etdikdə xərçəng riskini artırır.

Yəni sadə dillə: ???? fərq etmir araqdır, viskidir, pivədir — təsir mexanizmi eynidir.


Müntəzəm və çox miqdarda alkoqol istifadəsi aşağıdakı riskləri artırır:
Mədə və bağırsaq problemləri
Qaraciyər zədələnməsi
Qida borusu (özofagus) problemləri
Ağız və boğaz nahiyəsində hüceyrə dəyişiklikləri

Bəs araq və viski arasında fərq varmı?

Araq – daha “təmiz” sayılır, amma yüksək faizlidir → sürətli təsir edir
Viski – əlavə maddələr (konqenerlər) var → bəzi insanlarda daha çox reaksiyaya səbəb ola bilər


Ən təhlükəli istifadə forması

Tez-tez və çox içmək
Ac qarına içmək
Uzun müddət illərlə davam etdirmək
Bu hallarda risk dəfələrlə artır.


Araq da, viski də, digər alkoqollu içkilər də eyni mexanizmlə bədənə təsir edir. Xərçəng riski içkinin növündən yox, miqdarından və davamlılığından asılıdır.

Aygün Musayeva


Seçilən
13
medicina.az

1Mənbələr