AZ

Simeonədən Yamal üçün məkrli plan

ain.az bildirir, Idman.biz portalına istinadən.

İspaniyanın “Atletiko” futbol komandasının baş məşqçisi Dieqo Simeone “Barselona”nın gənc ulduzu Lamin Yamalı sıradan çıxarmaq üçün xüsusi plan hazırlayıb.

İdman.Biz xəbər verir ki, argentinalı mütəxəssis rəqibin ən təhlükəli silahını cavab qarşılaşmasında iştirakdan məhrum etmək niyyətindədir.

Simeone futbolçularına Lamin Yamalı matç boyu qəsdən təxribata çəkmək barədə göstəriş verib. Planın əsas məqsədi gənc oyunçunun emosiyalarına məğlub olaraq sarı vərəqə almasına nail olmaqdır.

Yamal bu oyunda “sarı vərəqə” alacağı təqdirdə, vərəqə limitini dolduracaq və komandalar arasındakı cavab görüşünü buraxmalı olacaq.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
icma.az

1Mənbələr