AZ

“Səbail” apellyasiya şikayəti verməyə hazırlaşır

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Səbail” klubu komandanın baş məşqçisi Adil Şükürovun cəzalandırılması ilə bağlı apellyasiya şikayəti verə bilər.

“Dənizçilər”in icraçı direktoru Firuz Abdulla report.az-a qərarın klubdaxili iclasdan sonra veriləcəyini bildirib.

“Gələn həftə bu məsələ ilə bağlı yığıncaq keçirəcəyik. Öz aramızda müzakirə etməliyik. Daha sonra AFFA İntizam Komitəsinin qərarından Apellyasiya Arbitraj Tribunalına şikayət edib-etməyəcəyimiz bilinəcək. İndidən bir söz demək çətindir”, - deyə o söyləyib.

Qeyd edək ki, “Səbail”in baş məşqçisi Adil Şükürov Azərbaycan Birinci Liqasının 20-ci turunda, “Baku Sportinq”lə oyunda hakimləri təhqir etməsi səbəbindən AFFA İntizam Komitəsi tərəfindən dörd oyunluq cəzalandırılıb. Bu hərəkətə görə klub 3000 manat cərimələnib.

Bundan əlavə, komandanın azarkeşlərinin də referilərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyi bildirilib ki, bu səbəbdən “Səbail” daha 1500 manat cərimə olunub.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
icma.az

1Mənbələr