İran Hörmüz boğazı kimi tanınan "nüvə silahı"nı sınaqdan keçirdi və onun potensialı tükənməzdir.
"Yeni Sabah" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial media platforması X-də bildirib.
O qeyd edib ki, Vaşinqton və Tehran arasında atəşkəsin necə inkişaf edəcəyi ilə bağlı heç bir aydınlıq yoxdur:
"Amma bir şey dəqiqdir: İran nüvə silahını sınaqdan keçirdi. Bu, Hörmüz boğazı adlanır".
Telegram kanalımız