AZ

6 nəfərin halı pisləşdi, məşhur məkan bağlandı

Şirvanda restoranın fəaliyyəti dayandırılıb.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən araşdırma zamanı obyektin fəaliyyəti dayandırılıb. 

Şirvan şəhərində yerləşən “Pizza Time” restoranında baş verən zəhərlənmə hadisəsindən sonra müvafiq qurum tərəfindən yoxlama aparılıb.

Qeyd edək ki, 6 nəfərin göbələk tərkibli qida qəbulundan sonra zəhərlənməsi barədə məlumat yayılmışdı. Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Seçilən
15
1
yenisabah.az

2Mənbələr