AZ

Mövsümündən əvvəl satışa çıxarılan çiyələklər təhlükəlidir?

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Son günlər bazar və market piştaxtalarında diqqət çəkən əsas məhsullardan biri də çiyələklərdir.

Mövsümü olmasına baxmayaraq, satışa çıxarılan iri ölçülü və göz oxşayan çiyələklər alıcıların marağını artırır.

Çiyələyin kiloqramının qiymətinin təxminən 4–7 manat aralığında dəyişməsinə baxmayaraq bu məhsula təlabat olduqca böyükdür.

Lakin süni yetişdirmə və ya normadan artıq gübrə və kimyəvi vasitələrdən istifadə olunmuş meyvələrin orqanizmə təsiri fərqli ola bilər. 

Belə məhsullarda qida dəyərinin bir hissəsinin zəifləməsi, həmçinin həssas insanlarda allergik reaksiyalar, həzm narahatlıqları və digər mənfi təsirlər yarana bilər.

Mövsümündən əvvəl bazara çıxarılan çiyələklər hansı riskləri daşıyır?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib ki, sürətli yetişdirilən çiyələklərdə gübrə və pestisid qalıqları riski arta bilər:

“Bazarda erkən çıxan iri və “ideal görünüşlü” çiyələklər bəzən müəyyən risklər daşıya bilər. Bu, əsasən onların yetişdirilmə üsulu və istifadə olunan aqrotexniki vasitələrlə bağlıdır. Mövsümdən əvvəl bazara çıxarılan çiyələklərin mümkün riskləri daşıyır.

Məsələn, nitrat yığılması, pestisid qalıqları, dad və qida dəyərinin zəifləməsi və süni yetişdirmə şəraiti və s. Bitkinin sürətli böyüməsi üçün çox miqdarda azotlu gübrələrdən istifadə olunduqda meyvədə nitrat səviyyəsi arta bilər və bu, xüsusilə uşaqlarda və həssas insanlarda sağlamlıq riski yarada bilər.

Zərərvericilərə qarşı tez-tez dərmanlama aparıldıqda və düzgün gözləmə müddəti, yəni karantin dövrü saxlanılmadıqda meyvənin üzərində pestisid qalıqları qala bilər”. 

Onun sözlərinə görə, erkən yetişdirilən çiyələklər çox vaxt daha sulu olur, lakin aroması zəif və vitamin baxımından nisbətən kasıb olur:

“İstixanalarda sürətlə yetişdirilən məhsullar isə təbii günəş işığı və torpaq balansından tam faydalanmaya bilər. Süni gübrə və stimullaşdırıcıların təsiri də nəzərə alınmalıdır. Böyümə stimulyatorları meyvəni daha iri və cəlbedici edir, lakin bu, bəzən dadın “süni” və zəif olmasına səbəb olur. Bitki çox tez böyüdükdə şəkər, lif və vitaminlərin təbii balansı tam formalaşmaya bilər. Normadan artıq və ya düzgün tətbiq olunmayan maddələr isə meyvədə kimyəvi qalıq şəklində qala bilər”.

Ekspert qeyd edib ki, tövsiyə olunur ki, insanlar çox iri, həddindən artıq parlaq və eyni ölçülü çiyələklərə ehtiyatla yanaşsınlar: 

“Mövsümün ortasında yetişən, daha kiçik və ətirli olanları seçmək daha yaxşıdır. İstifadədən əvvəl çiyələklər yaxşı yuyulmalı, mümkün olsa bir müddət suda saxlanmalıdır. Çiyələk özü çox faydalı meyvədir, lakin onun necə yetişdirildiyi əsas məsələdir. Erkən və “ideal görünüşlü” məhsullar həmişə daha keyfiyyətli demək deyil. Daha təbii görünən və mövsümün pik dövründə olan çiyələklər həm sağlamlıq, həm də qida dəyəri baxımından daha üstün hesab olunur”.

Gülər Həsənli

“Cebheinfo.az”

Açar sözlər:

çiyələk Fərid Səfərov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
cebheinfo.az

2Mənbələr