ABŞ Prezidenti Donald Tramp İran ilə atəşkəsdən sonra növbəti açıqlamasını verib.
Tramp bildirib ki, İran ilə tariflər və sanksiyaların yumşaldılması mövzusunda danışıqlar aparıblar. O, həmçinin İrana silah tədarük edən ölkələrə 50% rüsum tətbiq ediləcəyini açıqlayıb.
Tramp “Truth Social” sosial paylaşım saytındakı hesabında ABŞ-ın İranla yaxın əməkdaşlıq edəcəyini və İranın “çox səmərəli bir rejim dəyişikliyi prosesindən keçdiyini” iddia edib.
Trump paylaşımında əlavə edib:
“Uran zənginləşdirilməsi olmayacaq və ABŞ İranla birlikdə dərinə basdırılmış bütün nüvə "tozlarını" üzə çıxaracaq və aradan qaldıracaq. Bu bölgə hazırda olduğu kimi, keçmişdə də çox ciddi peyk nəzarəti altında olub. İran ilə gömrük rüsumları və sanksiyaların yumşaldılması barədə danışırıq və danışığı davam etdirəcəyik. 15 maddənin çoxunda artıq razılıq əldə olunub.”
Başqa paylaşımında Tramp bildirib:
“İrana silah tədarük edən ölkəyə, ABŞ-a satılan bütün mallara dərhal qüvvəyə minəcək şəkildə 50% gömrük rüsumu tətbiq olunacaq; bu qərar dərhal icra ediləcək. Heç bir istisna və ya güzəşt olmayacaq.”