“Napoli”nin baş məşqçisi Antonio Konte İtaliya millisinin sükanı arxasına keçməyə əsas namizədlərdən biridir.
İdmanxeber.az-ın məlumatına görə, Covanni Malaqo və ya Cankarlo Abete federasiya prezidenti seçilərsə, Kontenin təyinatı reallaşa bilər. Seçkilərdə Paolo Maldini, Alessandro Del Pyero və Demetrio Albertininin də iştirakı mümkündür.
Yeni prezident iyunun 22-də seçiləcək, həmin vaxta qədər millini müvəqqəti məşqçi çalışdıracaq.
Qeyd edək ki, Kontenin “Napoli” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.