AZ

Atəşkəsdən sonra Hörmüzdən ilk gəmi keçdi

İran dövlət televiziyası ABŞ ilə İran arasında gecə yarısı baş tutan müvəqqəti atəşkəsdən sonra Hörmüz boğazından ilk gəmiyin keçdiyi barədə xəbər yayıb. 

İran televiziyası gəminin nə daşıdığı və hansı ölkəyə aid olduğu barədə əlavə məlumat verməyib.

Bir tərəfdən atəşkəsdən sonra gərginliyin azalmasına baxmayaraq bölgədən hücum xəbərləri də gəlir. Mənbəyə görə, Səudiyyə Ərəbistanının Qırmızı Dənizə çıxan neft kəməri günorta vaxtı pilotsuz uçuş aparatı hücumuna məruz qalıb. Mənbə bildirib ki, ziyanın hələ qiymətləndirilməsi aparılır. Səudiyyənin Aramco şirkəti hələ açıqlama yaymayıb.

Şərq-Qərb neft kəməri, Yaxın Şərqdəki münaqişələr səbəbindən Hörmüz boğazının faktiki olaraq bağlanmasından sonra Səudiyyə neftinin qlobal bazarlara çatmasında həyati xilasedici rol oynayır.

Seçilən
11
1
marja.az

2Mənbələr