Bəzən qripin nadir növü burunda, boğazda yox, qarından başlayır.
Medicina.az xəbər verir ki, immunoloq Nikolay Kryuçkovun sözlərinə görə, qarın nahiyəsindəki narahatlıq nadir qrip simptomu ola bilər.
Bəzən qripə yoluxduqda atipikəlamət,məsələn, qızdırma olmaya bilər.
Lakin insan mədə-bağırsaq pozğunluğuna bənzər xoşagəlməz simptomlaryaşayır.
Mədə ağrısı və qıcolmalar nadir qrip simptomunu təsvir edə bilər.
Mütəxəssis əlavə etdi ki, mədə-bağırsaq narahatlığı adətən ümumi halsızlıq və zəiflik ilə müşayiət olunur. Bunlar sonradan əzələ ağrıları və üşütmə kimi digər qripəbənzər simptomlarla müşayiət olunur.
Aygün Musayeva