AZ

Rusiyada BMW satışı 91 faiz artıb SANKSİYALAR NECƏ OLDU?

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

2026-cı ilin ilk rübündə Rusiyada 3873 ədəd yeni BMW uçota qoyulub. Bu da ötən ilin müvafiq dövrü ilə müayisədə 91 faiz çoxdur.

Avtosfer.az xəbər verir ki, bu barədə Rosstat məlumat yayıb.

Belə olan halda bir sual meydana çıxır: bəs sanksiyalar necə oldu? Axı 4 ilə yaxındır bu markalar federasiyanı tərk edib, nümayəndəliklər də yoxdur. 

Rusiyaya Avropa avtomobilləri bir qayda olaraq üçüncü ölkələr vasitəsi ilə gətirilir. İstehsalçılar bundan xəbərdar olsalar da, çox zaman göz yumurlar. 

Bu statistika həm də onu göstərir ki, ciddi servis problemlərinə və rəsmi təbliğata rəğmən rusların Qərb brendlərinə marağı azalmayıb.

Vüqar Yaşaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
avtosfer.az

1Mənbələr