AZ

Əməliyyat olunan güləş üzrə dünya çempionu fərdi məşqlərə başlayıb

Bakı, 8 aprel, AZƏRTAC

Fevral ayında əməliyyat olunan Azərbaycanın yunan-Roma güləşçisi Ülvü Qənizadənin son durumu açıqlanıb.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, 72 kiloqram çəki dərəcəsində çıxış edən idmançı fərdi məşqlərə başlayıb.

O, iyulda keçiriləcək reytinq tunirinə kimi heç bir yarışda iştirak etməyəcək. Əsas məqsəd Ülvünün oktyabrda Bəhreyndə təşkil olunacaq dünya çempionatına tam olaraq hazır olmasıdır.

Ülvü Qənizadə karyerası ərzində dünya və Avropa çempionu olub.

Seçilən
14
2
azertag.az

3Mənbələr