AZ

"Liverpul" hazırda o qədər də parlaq oynamır" - PSJ-nin ulduzu

PSJ-nin yarımmüdafiəçisi Vitinya Çempionlar Liqasının dörddəbir finalı çərçivəsində "Liverpul"la ilk oyundan əvvəl fikirlərini bildirib. 

Fanat.Az xəbər verir ki, o, oyunöncəsi keçirilən mətbuat konfransında rəqibin bostanına "daş atıb".

UEFA-nın saytında futbolçudan belə sitat gətirilib: "Bu görüş ötənilki matçlardan fərqli olacaq. Hər iki komanda dəyişib. "Liverpul" hazırda o qədər də parlaq oynamır. Buna baxmayaraq, onlar yenə də əla oyunçuları olan komandadır".

Xatırladaq ki, komandalar ötən tsikldə 1/8 finalda qarşılaşıblar. Hər iki görüşdə 1:0 hesabı qeydə alınmış, penaltilər seriyasında 4:1 hesabı ilə qalib gələn parislilər sonda turnirin də qalibi olublar.

Fransa və İngiltərə klubları arasında 1/4-in ilk oyunu 8 apreldə, cavab görüşü 14 aprel tarixlərində keçiriləcək. 

Mirağa

Seçilən
1
1
fanat.az

2Mənbələr