AZ

"Komo"nun müdafiəçisi Avropa nəhənglərinin hədəfində

"Komo"nun müdafiəçisi Xakobo Ramon karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Arsenal" ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

"Topçular" Ramonu Qabriel Maqalyaesin uzunmüddətli davamçısı kimi düşünür. London klubu yayda 21 yaşlı mərkəz müdafiəçisi üçün hərəkətə keçməyi planlaşdırır.

İspaniya U-21 millisinin üzvü ilə "Real", "Aston Villa" və "Nyukasl" da maraqlanır.

Qeyd edək ki, "Komo" Xakobo Ramonu mövsümün əvvəlində "Real"dan 2,5 milyon avroya transfer edib. Gənc müdafiəçi A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 2 qol vurub.

saytlarin hazirlanmasi

Seçilən
21
1
sportal.az

2Mənbələr