AZ

Humay Qədimova: Solo konsertə on beş günə hazırlaşmışam

Bakı, 8 aprel, AZƏRTAC

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində keçirilən solo konsertimə on beş gün ərzində hazırlaşdım. Bu konsert mənim üçün böyük məsuliyyətdir. Çünki ilk olaraq məhz bu kollecdə təhsil almışam və artıq 16 ildir ki, bu təhsil ocağında pedaqoji fəaliyyət göstərirəm.

Bunu AZƏRTAC-a açıqlamasında solo konsert proqramı ilə çıxış edən tarzən Humay Qədimova söyləyib.

Tanınmış tarzən qeyd edib ki, konsertdə onun tələbələri də iştirak edir. “Musiqi sənəti nəsildən-nəslə ötürülməli olan irsdir. Müəllim kimi əsas vəzifələrimdən biri bu sənəti tələbələrinə aşılamaq, onlara dəstək olmaqdır”,- deyə H.Qədimova əlavə edib.

Müxbir - Fidan Əlizadə
Fotoqraf - İlqar Cəfərov
Seçilən
4
1
azertag.az

2Mənbələr