AZ

Qonşusunu narahat edən 2500 manat CƏRİMƏLƏNƏCƏK

Bina evlərində yaşayan sakinlərin əsas şikayətləndiyi məsələlərdən biri də qonşunun ev heyvanının, uşaqlarının, təmir və yaxud digər formalarda uyğun olmayan zamanlarda səs-küy yaratmasıdır. 

Day.az xəbər verir ki, Azərbaycanda qonşuları narahat edən səs-küyə qarşı əsas hüquqi tənzimləmə İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə həyata keçirilir. 

Bu qanun yaşayış binalarında sakinlərin istirahət hüququnu qoruyur.

Qanunvericiliyə görə, aşağıdakı hallarda səs-küy salmaq və qonşuları narahat etmək qadağandır:

-Gecə vaxtı: Saat 24:00-dan 07:00-dək yüksək səslə musiqi dinləmək, mahnı oxumaq və musiqi alətləri çalmaq qadağandır. 

-Məişət səs-küyü: Televizor, radio və maqnitofonu yüksək səslə açmaq olmaz. 

-Təmir işləri: Gecə saatlarında qazma və digər səsli təmir işləri aparmaq qanun pozuntusuna səbəb olur. 

Qanunu pozanların qarşısını almaq üçün isə müxtəlif üsullar tətbiq olunur ki, bunlardan ən təsirlisi cərimədir. Belə ki, qonşunu narahat edən fiziki şəxslər üçün qanunvericilik 150-200 azn, vəzifəli şəxslər üçün isə 2000-2500 manat arası cərimə tətbiq edir. 

Əgər şifahi xəbərdarlıqla məsələ öz həllini tapmazsa vətəndaşın polisdən yardım almaq və ya məhkəməyə müraciət etmək hüququ var.

Nəsimi Ələsgərli

Seçilən
10
day.az

1Mənbələr