AZ

Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi daha da AKTİVLƏŞDİ – Hadisə yerindən VİDEOREPORTAJ

Xəbər verdiyimiz kimi, Quba rayonu ərazisində — Quba–Qonaqkənd yolunun 42-ci kilometrliyində güclü torpaq sürüşməsi baş verib. Yerli rəsmilərin sözlərinə görə, rayonun 11 min əhalisi olan 25 kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
 

Sürüşmə nəticəsində Qonaqkənd istiqamətində yerləşən kəndlərdə işıq və qaz xətləri də zədələnib. Artıq elektrik enerjisinin verilişi bərpa olunub, internet və qaz təchizatının bərpası istiqamətində isə işlər davam edir.


Çəkiliş qrupumuz ərazidə olarkən torpaq sürüşməsinin daha da aktivləşdiyini, ötən günlə müqayisədə sürüşmənin artdığını müşahidə edib. Bu səbəbdən irəli getməyimiz mümkün olmayıb.

Ətraflı Bizim.Media-nın videosüjetində:


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
14
1
bizim.media

2Mənbələr