AZ

“Təkliflərimizin bir çoxu artıq razılaşdırılıb”

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“İran daha uranın zənginləşdirilməsi ilə məşğul olmayacaq”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında yazıb.

“ABŞ İranla sıx əməkdaşlıq edəcək. Uranın zənginləşdirilməsi olmayacaq. ABŞ İranla birlikdə çalışaraq, dərinliklərdəki nüvə “tozu”nu qazıb çıxaracaq”, - o deyib.

Ağ Ev rəhbəri həmçinin tərəflər arasında tarif və sanksiya güzəştləri mövzusunda danışıqlar aparıldığını diqqətə çatdırıb.

ABŞ tərəfindən irəli sürülən 15 bəndlik təklifə də toxunan dövlət başçısı onların bir çoxunun artıq razılaşdırıldığını bildirib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
qafqazinfo.az

1Mənbələr