AZ

Tramp: İran uranı zənginləşdirməyəcək

İran artıq uranın zənginləşdirilməsi ilə məşğul olmayacaq.

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial media hesabında açıqlama yayıb.

O əlavə edib ki, sanksiyaların yumşaldılması üzrə danışıqlar aparılır.
"ABŞ İranla sıx əməkdaşlıq edəcək. Uranın zənginləşdirilməsi olmayacaq və bizimlə birgə hərəkət edərək dərin basdırılmış nüvə materiallarının bütün qalıqlarını çıxarıb ləğv edəcək. Hazırda bu obyekt ciddi peyk müşahidəsi altındadır", - o bildirib.

D.Tramp qeyd edib ki, hazırda Vaşinqton Tehranla tariflər və sanksiyaların yumşaldılması məsələlərini müzakirə edir:

"Biz İranla tariflər və sanksiyaların yumşaldılması məsələləri üzrə danışıqlar aparırıq və aparacağıq. 15 bənddən bir çoxu artıq razılaşdırılıb".

Qeyd edək ki, İran və ABŞ bu gün iki həftəlik atəşkəs razılaşması imzalayıb. Hazırda sülh danışıqları davam edir.

QAZİLER.AZ

Seçilən
16
qaziler.az

1Mənbələr