AZ

Qəbələ nin kapitanı: Bu da komandaya çox təsir göstərdi

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Bu oyunun bizim üçün çox vacib və önəmli olduğunu bilirdik. Bizə mütləq qələbə lazım idi və bunu yaxşı anlayırdıq". Bu fikirləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin kapitanı Murad Musayev deyib.32 yaşlı müdafiəçi Misli Premyer Liqasının 26-cıv turunda "Kəpəz"ə qalib gəldikləri oyunu şərh edib:"Şükürlər olsun ki, lazım olan qələbəni qazana bildik. Danışmışdıq ki, səbrli olub düzgün oynamalıyıq ki, qələbə əldə edə bilək. Oyunun əvvəlində müəyyən qədər gərginlik var idi. İkinci hissədə rəqibin heç bir şansı olmadı. Bilirdik ki, qol vurmaq üçün imkanımız olacaq və həmin şansdan istifadə etmək vacibdir. Biz də bunu bacardıq. Klubun direktoru Səbuhi Səfiyarlının bir gün əvvəl futbolçularla görüşü oldu. Bu da komandaya çox təsir göstərdi. Növbəti turda "İmişli" ilə qarşılaşma da asan olmayacaq. Amma o oyunda da mütləq qələbə üçün çalışacağıq. Həmin görüş də bizim üçün çox vacibdir".Qeyd edək ki, "Kəpəz" - "Qəbələ" matçı "qırmızı-qaralar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
sport24.az

1Mənbələr