Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Atəşkəs baş tutsa, savaşın gedişi dəyişəcək. Prezident ölkəni yalnız SEPAH-ın əmri ilə idarə edə bilər”
Pakistanın vasitəçiliyi ilə əldə olunduğu bildirilən iki həftəlik atəşkəs təşəbbüsü regionda gərginliyi azalda bilər. Əgər razılaşma real şəkildə tətbiq olunarsa, bu, təkcə hərbi əməliyyatların tempinə deyil, həm də tərəflər arasındakı siyasi balansın formalaşmasına da ciddi təsir göstərər.
Mövcud şəraitdə hadisələrin inkişafı İran daxilindəki güc mərkəzlərinin qarşılıqlı münasibətlərini də ön plana çıxarır.
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri, doktor Mahmudəli Çöhrəqanlı Sherg.az-a bildirib ki, Pakistanın vasitəçiliyi ilə həyata keçirilən atəşkəs gerçəkləşsə, savaşın gedişatında çox şey dəyişəcək:
"İrandakı bütün güc SEPAH-da və İslam İnqilabı Keşikçiləri Korpusunda 100 faiz nüfuzu olan Müctəba Xameneidədir. Pezeşkianın heç bir yerdə ağırlığı və nufuzu qalmayıb. O, ya indi olduğu kimi pasdarların əmrində olmalıdır, ya da istefaya məcbur edilməlidir. Hətta Pezeşkian müqavimət göstərsə, öldürülə də bilər. Məncə o, susaraq SEPAH-ın indi olduğu kimi məmləkəti idarə etmələrinə göz yumacaq".
Analitik Pezeşkianın İran-İraq savaşında 4 ildən çox cəbhələrdə olduğunu vurğulayıb:
"Pezeşkianın özü 10 il boyunca pasdar olub. Ona görə pasdarlar ilə onun problem yaşamasına çətin inanmaq olar. Əgər bu savaşda Fars molla rejimi ayaqda qalsa, indi olduğu kimi məmləkəti gələcəkdə idarə edən də pasdarlar olacaq. Prezident, həmçinin onun kabinəsi ancaq pasdarların əmrində və idarəsində çalışa biləcəklər".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.