AZ

“Şaxtyor”la yalnız LNZ rəqabət aparır

Footbal-plus saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Şaxtyor”un autsayder “Rux”u məğlub edəcəyinə heç kimin şübhəsi yox idi. Belə də oldu. Eginaldonun dublu və onu əvəz edən Meyrellesin qolu donetsklilərə 3:0 hesablı qələbə qazandırdı. “Şaxtyor”un çempionatda qələbə seriyası 6 oyuna çatdı.Amma turnir cədvəlinə bir oyun çox keçirən LNZ başçılıq edir. Çerkassk klubu səfərdə “Krivbass” üzərində asan qələbə qazandı. “Karpatı”nı qəbul edən “Dinamo” 6-cı dəqiqədə qapısında qol gördü və sona qədər bunun əvəzini çıxa bilmədi. Kiyevlilər hələ də 4-cü yerdədi. Onların bəxtindən 3-cü pillədə qərarlaşan “Polesye” də “Veres”lə ev oyununda xal itirdi.Turun oyunlarından ikisində 3:3 hesabı qeydə alındı. “Zarya” “Obolon”la oyunda üç dəfə irəli çıxdı, lakin qələbəni qoruya bilmədi. “Poltava” – “Aleksandriya” oyunu da maraqlı ssenari üzrə cərəyan etdi. Təhlükəli zonada qərarlaşan qonaqlar hesabı 3:0 edəndən sonra arxayınlaşdı və belədə meydan sahibləri 1 xal qazana bildi.“Kolos” – “Metallist” oyununda qol vurulmadı. Dünən keçirilən yeganə oyunda isə “Episentr” “Kudrovka”dan üstün oldu.22-ci turDinamo – Karpatı 0:1Babukar, 6.Dinamo: Neşeret, Vivçarenko, Popov, Korobov, Belovar, Yarmolenko (Voloşin, 59), Brajko, Pixalenok (Buyalski, 67), Reduşko, Şaparenko (Mixaylenko, 59), Ponomarenko. Şaxtyor – Rux 3:0Eginaldo, 34; 62. Meyrelles, 89.Şaxtyor: Riznık, Marlon (Matviyenko, 46), Bondar (Qram, 90), Azarov, Konoplya, Pedrinyo, Bondarenko, Nazarina, Prosper (İzaki, 49), Eginaldo (Meyrelles, 73), Traore (Ferreyra, 73). Krivbass – LNZ 0:3Kravçuk, 55; 66. Nonikaşvili, 84.Polesye – Veres 1:1Andriyevski, 34 – Şaray, 45.Obolon – Zarya 3:3Priymak, 36. Voloxatı, 60. Lyax, 83 – Vantux, 6. Perduta, 53. Budkovski, 65-p. Poltava – Aleksandriya 3:3Doroşenko, 40. Kobzar, 60. Plaxtır, 72 – Kastilyo, 7. Amaral, 31; 37.Kolos – Metallist 1925 0:0Episentr – Kudrovka 1:0Roxas, 56.1. LNZ 22 16 2 4 33-12 502. Şaxtyor 21 15 5 1 51-12 503. Polesye 22 13 4 5 37-15 434. Dinamo 22 12 5 5 49-24 415. Metallist 1925 21 9 8 4 24-13 356. Krivbass 22 9 7 6 33-31 347. Kolos 22 8 9 5 20-20 338. Zarya 21 7 8 6 30-27 299. Karpatı 22 7 8 7 30-26 2910. Obolon 22 6 7 9 20-36 2511. Veres 21 5 8 8 17-25 2312. Episentr 22 7 2 13 26-35 2313. Kudrovka 22 5 6 11 24-36 2114. Rux 22 6 1 15 16-35 1915. Aleksandriya 22 2 6 14 17-43 1216. Poltava 22 2 4 16 19-56 10Bombardirlər: Ponomarenko (Dinamo), Budkovski (Zarya), Babukar (Rux) – 9, Qayduçik (Polesye) - 8.Növbəti turun oyunları aprelin 10-13-ü aralığında keçiriləcək: Poltava – Polesye, Rux – Kolos, Karpatı – Aleksandriya, Metallist 1925 – Dinamo, Veres – Obolon, Kudrovka – Krivbass, Zarya – Episentr, LNZ – Şaxtyor.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
icma.az

2Mənbələr